İstifadəçi razılaşması

        1. ÜMUMİ ŞƏRTLƏR

1.1. Bu Razılaşma http://vitrin.az/ Servisinin İstifadəçiləri tərəfindən istifadə şərtlərini müəyyən edir.

1.2. Bu Razılaşmanın məqsədləri üçün aşağıda göstərilən terminlər və təyinlər aşağıdakı mənada tətbiq olunur:

●  Servis – İnternet şəbəkəsində http://vitrin.az/ ünvanında yerləşdirilmiş İnternet-resursu (sayt), müxtəlif əməliyyat sistemləri əsasında sayta əlavələr və başqa xidmətlər, həmçinin proqram təminatıdır, saytın, əlavələrin və başqa xidmətlərin dizaynı (qrafiki tərtibatı), məlumat bazası, xidmətlərin istənilən bölməsi (yarımbölmələri), həmçinin xidmətlərdə Administrasiya və İstifadəçilər tərəfindən yerləşdirilmiş informasiyadır.  

●  Administrasiya – qeydiyyatdan keçmiş Azərbaycan qanunvericiliyinə uyğun olaraq hərəkət edən, hüquqi ünvanı ____________ olan "Qaynar-Media" Məhdud Məsuliyyətli Cəmiyyətdir ki, Servisin inzibatçılığını həyata keçirir və ona Servis üçün mülkiyyətin bütün müstəsna hüquqları aiddir.

● İstifadəçi – razılaşma şərtlərini qəbul etmiş və Servis xidmətlərindən istifadə edən istənilən hüquqi səlahiyyəti olan şəxsdir. 

● Şəxsi kabinet – bu İstifadəçi tərəfindən Servisə yerləşdirilmiş məlumatlar və qurmalar məcmusudur. Hər hansı bir İstifadəçinin yalnız bir Şəxsi kabinetə malik olmaq hüququ var.

● İstifadəçinin şəxsi informasiyası – İstifadəçi haqqında məlumatlardır və ya məlumatlar məcmusudur ki, bunlar qeydiyyat zamanı və Servisdən istifadə prosesində Administrasiyaya avtomatik olaraq ötürülən informasiyadır. Bura qeydiyyat zamanı sərbəst şəkildə daxil  edilən şəxsi məlumatlar, IP-ünvan, cookie-dən informasiya, İstifadəçinin brauzeri haqqında daxildir.

● İnformasiya – Servisdə İstifadəçi və ya Administrasiya tərəfindən yerləşdirilmiş istənilən informasiyadır.

Spam – alanlar tərəfindən kütləvi, icazə verilməyən və ya gözlənməyən reklam, informasiya, təşviqat və ya başqa xarakterli poçt və başqa göndərilmələrdir. 

● Mal – bu məhsul, işlər, xidmətlər, maddi-texniki resurslar, mülki və qeyri-mülki hüquqlardır. 

●  Bu Razılaşmanın Tərəfləri – Administrasiya və İstifadəçidir.

1.3. Bu İstifadəçi Razılaşmasında istifadə olunan və "Terminlər və təyinlər" bəndində əksini tapmayan istənilən terminlər və anlayışlar, İstifadəçi Razılaşmasının mətnindən yaranan mənaya müvafiq olaraq izah ediləcəkdir. İstifadəçi Razılaşmasında istifadə edilən terminin və ya təyinin izah edilməsi barədə   istənilən fikir ayrılıqlarının yaranması halında Administrasiya tərəfindən müəyyən edilən izahetmə tətbiq ediləcəkdir.

1.4. Servis xidmətlərindən və materiallarından istifadə edilmə qüvvədə olan qanunvericiliyin normaları, həmçinin də hazırkı Razılaşma ilə tənzimlənir.

1.5. Hazırkı Razılaşma ictimai ofertadır.      

1.6. Servis xidmətlərindən istifadə edərək, İstifadəçi hazırkı Razılaşmaya qoşulur və onun Servis xidmətlərindən istifadə üzrə təlimatlarına riayət etmək şərtlərini və öhdəliklərini qəbul edir.            
1.7. Şirkət adından Servisdən istifadə halında belə şirkət hazırkı Razılaşmanı və onun şərtlərini qəbul edir.        

1.8. Administrasiya istənilən vaxt birtərəfli qaydada hazırkı Razılaşmanın şərtlərini dəyişdirmək hüququna malikdir.

1.9. İstifadəçinin hazırkı Razılaşmanın şərtləri ilə və ya ona daxil edilmiş dəyişikliklərlə razılaşmadığı halda o Servisə girişdən imtina etməli, Servisin xidmətlərindən istifadə etməsini dayandırmalıdır.

1.10. Bununla Administrasiya İstifadəçilərə Servisin xidmətlərindən istifadə etməklə elanların yerləşdirilməsi, satışı və axtarışı üzrə xidmətləri təklif edir.

1.11. Ayrı xidmətlərin verilməsi xüsusi qaydalarla və ya razılaşmalarla tənzimlənə bilər.

1.12. İstifadəçi o haqda müddəanı qəbul edir ki, Servisin bütün materialları və xidmətləri və ya onların istənilən hissəsi reklamla müşayiət oluna bilər. İstifadəçi onunla razıdır ki, Administrasiya hər hansı məsuliyyəti daşımır və belə reklamla əlaqədar hər hansı öhdəlikləri yoxdur.

1.13. Servisdə qeydiyyat könüllüdür. Servisdə qeydiyyat halında İstifadəçi Servisin əlavə xidmətlərinə daxil olur. Administrasiya İstifadəçidən onun qeydiyyat vaxtı göstərdiyi məlumatların təsdiqlənməsini və təsdiqləyici sənədləri istənilən vaxt tələb etmək hüququnu özündə saxlayır.

1.14. İstifadəçi öz parolunu gizli saxlamağı öhdəsinə götürür. İstifadəçi öz elektron ünvanından və paroldan istifadə ilə hərəkətlərə, həmçinin də İstifadəçinin Şəxsi kabinetində yerinə yetirilən hərəkətlərə görə məsuliyyət daşıyır. İstifadəçi Servis xidmətlərindən yalnız öz şəxsi elektron ünvanından və parolundan istifadə ilə istifadə etmək hüququna malikdir. Əgər İstifadəçidə onun Şəxsi kabinetinə icazəsiz daxil olma haqqında şübhələnməyə əsaslar varsa, İstifadəçi öz parolunu sərbəst dəyişməyi öhdəsinə götürür.

1.15. Administrasiya İstifadəçilər tərəfindən qeydiyyat və ya avtorizasiya zamanı verilən informasiyanın düzgünlüyünün yoxlanması üçün xüsusi texniki qərarlardan istifadə etməkdə haqlıdır.

1.16.  Administrasiya zəmanət verə bilməz ki, İstifadəçi həqiqətən təqdim edildiyi kimidir, Servisdə qeydiyyat zamanı İstifadəçi tərəfindən verilmiş informasiya isə doğrudur.

1.17.  İstifadəçiyə bunun üçün Servisdə mümkün olan bütün alətlərdən istifadə edərək mümkün kontragentlərlə ünsiyyət saxlamaq tövsiyə edilir.

1.18. Administrasiya öz şəxsi mülahizəsi üzrə İstifadəçinin hazırkı Razılaşmanın şərtlərini pozan xidmətlərinə girişi dayandırmaq hüququnu özündə saxlayır.   

1.19. İstifadəçi tərəfindən başqa şəxslərin hüquqlarının, qüvvədə olan qanunvericiliyin, o cümlədən Servisin daxili qaydalarının pozulması halında, həmçinin İstifadəçinin öz müraciəti əsasında,  Servis İstifadəçinin girişini məhdudlaşdırmaq və ya dayandırmaq hüququna malikdir.

1.20. Xidmətlərə girişi dayandırılan və ya məlumatları etibarsız ehasab olunan İstifadəçi Administrasiyanın xüsusi icazəsi olmadan təkrar olaraq qeydiyyatdan keçmək hüququna malik deyildir. Belə İstifadəçi həmçinin Servisə və onun xidmətlərinə giriş üçün başqa İstifadəçinin qeydiyyat məlumatlarından istifadə etmək hüquqlarına malik deyildir.


        2. SERVİSDƏN İSTİFADƏ. ELANLARIN YERLƏŞDİRİLMƏSİ

2.1. Administrasiya xüsusi formanı doldurandan sonra bütün qeydiyyatdan keçmiş İstifadəçilərə Servisdə elanları yerləşdirmək hüququnu verir.

2.2. İstifadəçi qanunvericilik və ya beynəlxalq hüququn normaları pozulması kimi baxıla bilən hərəkətləri, o cümlədən intellektual mülkiyyət, müəlliflər və ya yanaşı hüquqlar sahəsində, həmçinin Servisin normal işinin pozulmasına gətirib çıxaran və ya gətirib çıxara biləcək istənilən hərəkətləri, təşəbbüsü etməməyə razılaşır.

2.3. Servis tərəfindən təqdim ounan Güvənli E-Ticarət (GeT) Anlaşması və Vitrin.Az çatdırılmasına qoşulmayan mallar, işlər və xidmətlərə görə Servis məsuliyyət daşımır. Get Anlaşmasına və Vitrin.Az çatdırılmasına qoşulmayan mallar, işlər və xidmətlər barəsində bütün sazişlər İstifadəçilər arasında birbaşa bağlanılır. Servis İstifadəçilər tərəfindən həyata keçirilən bu sazişlərin iştirakçısı və ya vasitəçisi deyildir. Administrasiya belə sazişlərə nəzarət etmir və onlara görə məsuliyyət daşımır. 

2.4. İstifadəçinin Servisdəki şərhləri və başqa qeydləri qanunvericiliyin tələbləri və əxlaqın hamı tərəfindən qəbul edilmiş normaları ilə münaqişəyə girməməlidir.

2.5. İstifadəçiyə xəbərdarlıq edilir ki, Administrasiya onun tərəfindən xarici resurslara girişə və istifadəyə görə məsuliyyət daşımır, hansılara ki, onlara dair istinadlar Servisdə ola bilər. Administrasiya elanların məzmununa,  başqa resurslara istinadlar və elanların təsvirində göstərilmiş başqa informasiyaya görə məsuliyyət daşımır.

2.6. İstifadəçi tərəfindən verilmiş elanları, məlumatları və informasiyanı dərc etmək hüququnun Administrasiya tərəfindən alınması məqsədi ilə İstifadəçi Administrasiyaya hər yerdə qüvvədə olan, müddətsiz, qaytarılmaz, qeyri-müstəsna istifadə, yayılma, nəşr, yığım, işlənmə, nümayiş, surət çıxarma, təkrarlama hüququnu, məlumatların, təsvirlərin, şəkillərin, video və audio materialların, məlumat bazalarının, nəşrlərin, müəllif hüquqlarının və intellektual mülkiyyət hüquqlarının, həmçinin İstifadəçi tərəfindən bütün məlum olan və ya məlum olmayan informasiya daşıyıcılarında istənilən başqa informasiyanın yenidən hasili hüququnu verir. Yuxarı sadalanmış hüquqlar Administrasiyaya pulsuz verilir. İstifadəçi Servisin bütün İstifadəçilərinə özünün tərəfindən yerləşdirilmiş informasiyaya girişə hüquq verir. Əlavə olaraq İstifadəçi Servisdə onun tərəfindən yerləşdirilmiş materiallara istənilən intellektual mülkiyyət hüquqlarına malikdir.

2.7. İstifadəçi tərəfindən istənilən informasiyanın və məlumatların verilməsi ilə əlaqədar olaraq üçüncü şəxslərin hüquqlarının pozulmasına görə Servis məsuliyyət daşımır.              

2.8. Servisin istifadəçisi Servisin təlimatlarına uyğun olaraq elanları yerləşdirməyi və Mal və onun satılması şərtləri haqqında etibarlı və tam informasiyanı verməyi öhdəsinə götürür. İstifadəçi elanda göstərilmiş Mal haqqında informasiyanı yoxlamalı, səhv və ya natamam məlumatlar aşkar edildikdə, elandakı lazımlı məlumatları düzəltməli və ya tamamlamalıdır.

2.9. Mal ilə elanı yerləşdirərək, İstifadəçi təsdiq edir ki, o elanda göstərilmiş hərəkətlərin belə Mal barəsində həyata keçirmək hüququna malikdir.

2.10. İstifadəçi təsdiq edir ki, Servisdə elanlarda informasiyanın və məlumatların yerləşdirilməsinə, bütün lazımlı hüquqlara, lisenziyalara, icazələrə malikdir, bütün patentlər, ticarət markaları, ticarət sirləri, intellektual mülkiyyət hüquqları daxil olmaqla, və ya uyğun olan yazılı razılığa, lisenziyaya və ya üçüncü şəxslərin onların adlarından, təsvirlərdən və ya başqa obyektlərdən istifadə üçün icazəsinə malikdir.

2.11. Servis İstifadəçidən yerləşdirilmiş Mal haqqında əlavə məlumatı və ya İstifadəçi tərəfindən verilmiş məlumatları təsdiqləyən sənədləşməni tələb etmək hüququna malikdir. Servis belə sənədləşmənin və ya informasiyanın verilməsinə qədər nəşri saxlamaq hüququna malikdir. 

2.12. İstifadəçi Servisdə ona aid olan və satılması üçün xüsusi icazə tələb olunmayan istənilən Malı, istifadənin qüvvədə olan qaydalarına riayət etmək şərti ilə, satmaq hüququna malikdir.  

2.13. Xidmətlərin yüksək keyfiyyətini dəstəkləmək üçün, Servis Servisdə İstifadəçinin aktiv elanlarının miqdarını məhdudlaşdırmaq, həmçinin Servisdə İstifadəçinin hərəkətlərini məhdudlaşdırmaq hüququnu özündə saxlayır.

2.14.  Elanda Malın İstifadəçi tərəfindən göstərilmiş təsviri bu Malın satışı şərtlərini təşkil edir.

2.15.  Çatdırılma şərtləri elanda göstərilmiş Malın təsvirinə qoşulmalıdır.

2.16. Xidmətin, malın elanda göstərilmiş şərtləri, malın təsviri, həmçinin elanın başqa şərtləri, həm elanın yerləşdirilməsi vaxtı, həm də gələcəkdə qüvvədə olan qanunvericiliyə və hazırkı Razılaşmaya zidd olmamalıdır. Qüvvədə olan qanunvericiliyə, Servis qaydalarına və ya hazırkı Razılaşmaya dəyişikliklərin daxil edilməsi nəticəsində elan şərtlərində ortaya çıxan uyğunsuzluqları İstifadəçi aradan qaldırmalıdır, bu mükün olmadıqda isə elanı silməlidir. O cümlədən hazırkı bənddə göstərilmiş hadisələrin yaranması vaxtı Administrasiya belə elanların redaktəsi və ya silinməsi üzrə hərəkətləri İstifadəçiyə xəbərdarlıq etmədən həyata keçirmək hüququnu özündə saxlayır.

2.17. Servisdə qüvvədə olan qanunvericiliyi pozan, əxlaqın hamı tərəfindən qəbul edilmiş normalarına zidd, təhqiredici, o cümlədən üçüncü şəxslərin hüquqlarını pozan mallar və xidmətlər haqqında elanların yerləşdirilməsi qadağandır. İstifadəçi əmin olmalıdır ki, Malın təklifi qüvvədə olan qanunvericilik və hazırkı Razılaşmanın şərtlərini pozmur. Servisdə yerləşdirilməsi qadağan edilmiş Malların və xidmətlərin siyahısı, Servisdə elanların yerləşdirilməsi Qaydaları ilə təyin edilmişdir və bu istinad üzrə http://vitrin.az/how-to-sell -ın "Necə satmaq" bölməsində həmin Qayadalarla tanış olmaq mümkündür.

2.18. İstifadəçi Servisin pullu xidmətlərindən istifadə etdikdə belə, hazırkı Razılaşmanın şərtlərinə əməl etməlidir. Razılaşmanın şərtləri pozulduqda Adminstrasiya tərəfindən İstifadəçinin girişi bloklana, Servisdən istifadə imkanları məhdudlaşdırıla və ya pullu xidmətlərə bağlanmış elan bloklana, silinə bilər. İstifadəçi Razılaşmasının və ya Elanların yerləşdirilməsi qaydalarının pozulması halında ödənmiş xidmətlərə görə pul vəsaitləri qaytarılmır.  

2.19. Yerləşdirilən elanlarda Adminstrasiyanın pullu xidmətlərinə qoşulan müəyyən edilmiş istifadəçilər istisna olmaqla, adi İstifadəçilərə elanın təsvirində digər internet saytlarına keçidlər, istinadlar yerləşdirmək qadağandır. 

2.20. İstifadəçi Administrasiyanın yazılı icazəsi olmadan Servisə girişin alınması üçün avtomatik proqramlardan istifadə etməməyi öhdəsinə götürür. Elanları yerləşdirməyə icazə verən kompüter proqramlarından istifadə elanların yerləşdirilməsinin adi sırasını keçərək, Administrasiyanın yazılı icazəsi olmadığı halda, qadağandır. 

2.22. Bundan başqa, İstifadəçi öhdəsinə götürür:

● Servisin infrastrukturunu böyük yüklənməyə gətirib çıxara bilən heç bir hərəkətə təşəbbüs etməməyi;

● Administrasiyanın ilkin yazılı icazəsi olmadan Servisdə olanı istənilən informasiyanı köçürməməyi, təkrar etməməyi, dəyişdirməməyi, yaymamağı və ictimaiyyətə təqdim etməməyi;

● Servisə girişə mane olmaq və ya məhdudlaşdırmaq məqsədi ilə Servisin işinə mane olmamağı, həmçinin avtomatik sistemlərin və ya proseslərin hərəkətinə mane olmamağı;  

2.23. İstifadəçi tərəfindən verilmiş məlumatlar və onun Servisdə hərəkətləri olmamalıdır:

● yanlışlıq, qeyri-dəqiqlik və ya aldatma;

● dələduzluğa, aldatmağa və ya etimaddan sui-istifadəyə imkan yaratma; 

● oğurluq və ya saxta əşyalarla sazişlərin bağlanmasına aparma;

● üçüncü şəxsin mülkiyyətini pozmaq və ya onun ticarət sirrinə və ya onun şəxsi həyatına toxunulmazlıq hüququna qəsd etmə;

● özündə kiminsə şərəfini, ləyaqətini və ya işgüzar reputasiyasını təhqir edən məlumatları saxlama;

● özündə kimə qaşı olursa olsun böhtan və ya təhdidləri saxlama;

● cinayətin törədilməsinə çağırma, həmçinin millətlərarası düşmənçiliyi qızışdırma;

● terror və ekstremist fəaliyyətə çağırmaq və ya dəstəkləmək; 

● ədəbsizlik, və ya pornoqrafiya xarakterini daşıyan məlumatlar yerləşdirmək;

● özündə kompüter viruslarını saxlamaq, həmçinin də başqa kompüter proqramları, xüsusi halda, ziyanın çəkilməsinə, səlahiyyətsiz müdaxiləyə, gizli ələ keçirməyə və ya istənilən sistemin məlumatlarının və ya sistemin özünün, və ya onun hissəsinin, və ya şəxsi informasiyanın və ya başqa məlumatların (Servisin məlumatları daxil olmaqla) mənimsənməsinə yönəldilmiş; 

● özündə reklam xarakterli materialları saxlamaq;

● üçüncü şəxslərin intellektual və başqa hüquqlarını pozmaq;

● qüvvədə olan qanunvericiliyi başqa üsulla pozmaq.

2.24. Administrasiya Servisdə barəsində elan yerləşdirilmiş Malı, xidməti reklam etmək hüququna malikdir.

2.25. Administrasiya istənilən elanın Servisdən asılı və ya müstəqil səbəblərdən nümayiş müddətlərinin yerini dəyişdirmək, dayandırmaq, bitirmək və ya uzatmaq hüququna malikdir.

2.26. Administrasiya istənilən vaxt istənilən elanın nümayişini, hazırkı Razılaşmada söylənmiş qaydaları pozan səbəblərdən, həmçinin də başqa İstifadəçilərin hüquqlarını pozan və ya qüvvədə olan qanunvericiliyi pozan səbəblərdən, həmçinin başqa səbəblərdən, dayandırmaq hüququna malikdir.

2.27. Administrasiya elanları redaktə etmək, onları başqa rubrikalara keçirmək hüququna malikdir.

2.28. Administrasiya elanların yerləşdirilməsindən (nəşrindən) imtina etmək hüququna malikdir.

2.29. Elanın rəsmiləşdirilməsinə dair tələblər Servisdə elanların yerləşdiriməli Qaydalarında qaydalarında təyin edilmişdir.

2.30.  İstifadəçi qüvvədə olan qanunvericiliyə əsasən elanların məzmununa görə tam və xüsusi məsuliyyəti daşıyır.

 
      3. PULLU XİDMƏTLƏR

3.1. İstifadəçilər Servisdə pullu xidmətləri sifariş edə bilərlər.

3.2. Pullu xidmətlərin növləri:

● VİP elan;

● Premium Elan

● Elanı irəli çəkmək

● Sabit Reklamlar vermək

● Mağaza açmaq

● Servisin imkanlarından istifadə etməklə kənar saytlarda reklam yerləşdirmək

● Müqavilə ilə hərraca məhsul yerləşdirmək

3.3. Xidmətlərə qiymətlər, həmçinin pullu xidmətlərin sifariş qaydası Servisin müvafiq səhifələrində göstərilmişdir.

3.4. Servisin xidmətlərini ödəmiş Servis İstifadəçisi vəsaitlərin qaytarılması xahişi ilə Administrasiyaya müraciət etmək hüququna malikdir. Pul vəsaitlərinin hansı hallarda qaytarılması və ya təkrar istifadə formaları birtərəfli qayda ilə Administrasiya tərəfindən qəbul edilir.

3.5. Göstərilməmiş xidmətlərə görə ödənilmiş pul vəsaitlərinin qaytarılması Administrasiya tərəfindən növbəti hallarda həyata keçirilir:

● əgər xidmət Servisin işi zamanı yaranan texniki səbəblərdən verilməmişsə;

● Administrasiyanın qərarı  üzrə başqa fərdi hallarda.

3.6. Administrasiya pul vəsaitlərinin İstifadəçiyə qaytarılmasında aşağıdakı hallarda imtian edir:

● İstifadəçi hazırkı Razılaşmanın şərtlərini müntəzəm pozur;

● Xidmət aktivləşdirilmişsə, o cümlədən reklama yerləşdirilmiş elan, reklam təsdiqləndikdən sonra İstifadəçi tərəfindən silinmişdir;

● İstifadəçi qadağan edilmiş mallar, xidmətlər və təkliflər haqqında elan yerləşdirmişdir.

● Ödəmə sistemində hər hansı nasazlıq yaranmışdır. 

● Digər hallarda Administrasiyanın qərarı üzrə.

3.7. Pul vəsaitlərinin qaytarılma qaydası Administrasiya və İstifadəçi arasında hər konkret hal üçün müəyyən edilir.

      
      4. KOMMUNİKASİYA

4.1. Administrasiya İstifadəçilərə onların tərəfindən göstərilmiş elektron poçt ünvanlarına və ya telefon nömrələrinə elektron məktubları və ya qısa xəbərləri (SMS mesajları) göndərmək hüququna malikdir. Servisin mesajları Servisdə dərc edilə bilər.

4.2. Əlavə olaraq İstifadəçi anlayır, qəbul edir və razılaşır ki, belə məktublar və mesajlar tam və ya qismən reklam xarakerli ola bilər. 

4.3. Servisdə dərc edilmiş mesajlar onların dərc edildiyi andan etibarən İstifadəçiyə çatdırılmış hesab edilir.

4.4. Administrasiya başqa İstifadəçilər tərəfindən istifadəçiyə Servisdən istidafə etməklə göndərilən mesajları, onların məzmununa görə məsuliyyət daşımır.

4.5. Administrasiya başqa İstifadəçilər və/və ya robotları tərəfindən Servisin səhifələrində İstifadəçi tərəfindən yerləşdirilmiş telefon nömrələrindən və elektron ünvanlarından istifadəyə görə məsuliyyət daşımır.

4.6. İstifadəçi təsdiqləyir ki, Administrasiya İstifadəçilərə məktub və mesajları göndərmək məqsədləri üçün elektron poçt ünvanlarını və telefon nömrələrini üçüncü şəxslərə vermək hüququna malikdir. 

4.7. İstifadəçinin Administrasiya və ya Servisin moderatorları ilə yazışma üçün elektron ünvan Servisdə göstərilən elektron poçt qutusunun köməyi ilə və ya Servisin təqdim etdiyi digər komunaksiya vasitəsləri ilə həyata keçirilir. 

4.8. İstifadəçiyə Servisdə moderatorların və Administrasiyanın hərəkətləri haqqında şərhlər, müzakirələr və başqa yazıları qoymaq qadağandır.

4.9. İstifadəçi müvafiq sorğunu göndərib öz telefon nömrəsinə və ya elektron ünvanına mesajların alınmasından istənilən vaxt imtina edə bilər.

    

    5. PROQRAM TƏMİNATI

5.1. Administrasiya saytın yerləşdirildiyi domen adının,  saytın özünün, mobil əlavələrin, həmçinin bütün Servis və Servisin bütün proqram təminatının xüsusi sahibkarıdır.

5.2. Proqram təminatının yükləməsi zamanı Administrasiya İstifadəçiyə proqram təminatından şəxsi istifadəsi üçün, onun üçüncü şəxslərə verilməsi hüququ olmadan,  pulsuz adi lisenziya verir.  

5.3. Servisin funksiyalarına əsasən belə lisenziya istisna olaraq İstifadəçiyə Servisin xidmətlərindən istifadə imkanının verilməsi və onlardan xeyirlərin alınması üçü nəzərdə tutulmuşdur.

5.4. (Servisin) Administrasiyanın (o cümlədən proqram təminatının)  intellektual mülkiyyəti obyektlərinin surətini çıxarılması, dəyişdirilməsi,  paylaşılması, satılması (realizasiya edilməsi), mübadilə edilməsi, o cümlədən tamamilə və ya hər hansı hissəsinin icarəyə verilməsi, həmçinin Administrasiyanın yazılı icazəsi olmadan proqram təminatının mənbə kodunun "sındırılması" və ya alınmasına cəhd edilməsi qadağan edilir.


      6. MƏSULİYYƏTİN MƏHDUDLAŞDIRILMASI

6.1. Servisdə İstifadəçi tərəfindən göstərilmiş Bütün informasiya (o cümlədən şəxsi məlumatlar), İstifadəçi tərəfindən onun Malının satılması (realizasiyası) üçün yerləşdirilir.

6.2. İstifadəçi özü haqqında bu və ya digər informasiyanı ancaq öz maraqlarında, o cümlədən İstifadəçi ilə əlaqənin qurulmasının sadələşdirilməsi və ya İstifadəçinin eyniləşdirməsi üçün yerləşdirir.  

6.3. Özü haqqında informasiyanı yerləşdirərək, İstifadəçi anlayır və onunla razılaşır ki, belə informasiya Servisdə açıq halda yerləşdirilir və Servisin İstifadəçiləri üçün əlçatandır.

6.4. İstifadəçi informasiyanın belə yerləşdirilməsi ilə bağlı bütün riskləri anlayır və qəbul edir, o cümlədən, elektron poçt ünvanının spam - mesajların göndərilməsi üçün siyahılara düşməsi riski, elektron poçt ünvanının müxtəlif növ dələduzlara düşməsi riski, telefon nömrəsinin SMS-spamerlərə və/və ya SMS-dələduzlara düşməsi riski və informasiyanın açıq yerləşdirilməsindən irəli gələn başqa riskləri qəbul edir.

6.5. Servisin müəyyənləşdirdiyi Güvənli E-Ticarət (Get) Anlaşması xaricində olan mal və ya məhsul barəsində sazişlərin təşkilatçısı, vasitəçisi, alıcısı və ya satıcısı Servis deyildir.

6.6. Servis Güvənli E-Ticarət (Get) Anlaşmasına qoşulmayan Servisin İstifadəçiləri tərəfindən sazişlərin bağlanmasına və icrasına (həyata keçirilməsinə), sazişlərin bağlanması nəticəsində vurulmuş ziyana, itmiş xeyirlərə, gəlirlərə, maliyyə zərərlərinə və ya vasitəli, faktiki, kənar və ya cərimə zərərlərinə, həmçinin hər hansı şəxsin qanunsuz əməlləri nəticəsində, görə məsuliyyət daşımır.

6.7. Güvənli E-Ticarət (Get) Anlaşmasına qoşulan Servisin İstifadəçiləri tərəfindən sazişlərin bağlanmasına və icrasına (həyata keçirilməsinə), sazişlərin bağlanması nəticəsində vurulmuş ziyana, itmiş xeyirlərə, gəlirlərə, maliyyə zərərlərinə və ya vasitəli, faktiki, kənar və ya cərimə zərərlərinə hansı hallarda məsuliyyət daşıdığını Servis Güvənli E-Ticarət (Get) Anlaşmasında müəyyən etmişdir, hazırkı İstifadəçi Razılaşmasını qəbul edən istifadəçi Güvənli E-Ticarət (Get) Anlaşması ilə də tanış olduğunu qəbul edir.

6.8. Servisin müəyyənləşdirdiyi Güvənli E-Ticarət (Get) Anlaşması Servisin müvafiq bölməsində https://ucuzluq.org/pages/showpages/25 linkində yerləşdirilmişdir.

6.8. Servisin xidmətlərindən istifadə edib, İstifadəçi onunla öz razılığını təsdiqləyir ki, o Servisdən məsuliyyəti öz üzərinə götürərək istifadə edir, Servisdə yerləşdirilmiş elanların istifadəsi ilə bağlı bütün riskləri daşıyır.

6.9. Servis İstifadəçilərə realizasiyası (satışı) və/və ya əldə edilməsi qanunla, hazırkı Razılaşma ilə və Servisdən istifadənin başqa qaydaları ilə icazə verilmiş Mallar barəsində elanları yerləşdirmək imkanı verən alətdir.      

6.10. Servis İstifadəçilər tərəfindən yerləşdirilmiş elanları həmişə yoxlamır, nəticədə, keyfiyyət, təhlükəsizlik, qanunilik və Malın onun təsvirinə uyğunluğu,  o cümlədən İstifadəçilər tərəfindən elanlarda yerləşdirilən informasiyanın etibarlılığına nəzarət edə bilmir. 

6.11. Servis, onun Administrasiyası, rəhbərlik və əməkdaşlar, Servisdə yerləşdirilmiş elanların məzmununa, həmçinin onların etibarlılığına görə heç bir məsuliyyət daşımırlar. 

6.12. Administrasiya, onun rəhbərliyi və əməkdaşlar, istənilən xəbərlərin (o cümlədən, İstifadəçilər tərəfindən poçt qutusuna və/və ya mobil telefona alınan), məzmununa görə, həmçinin də İstifadəçilərin əlaqə məlumatlarının başqa istifadəsinə görə, heç bir məsuliyyət daşımırlar. 

6.13. İstifadəçi anlayır ki, Servisdə elanın yerləşdirilməsi faktı onun zəmanəti deyil ki, hər hansı Malın təklifi, satılması və/və ya əldə edilməsi həqiqidir və qanunidir. Sazişin həyata keçirilməsi haqqında qərarı İstifadəçi sərbəst olaraq qəbul edir.  

6.14. Qanunvericiliklə icazə verilmiş dərəcədə, Servisin istənilən iddialar üzrə ümumi məsuliyyəti İstifadəçi tərəfindən Servisin xidmətlərindən istifadəsinə görə və ya (Servisin mülahizəsinə görə) bu xidmətlərin İstifadəçiyə təkrar verilməsi ilə ödənmiş məbləğ ilə məhdudlaşdırılır.

6.15.  Administrasiya Servisin xidmətlərinə üçüncü şəxslərin Administrasiyanın razılığı (icazəsi) və ya məlumatı olmadan həyata keçirilmiş istənilən girişinə və ya İstifadəçilər haqqında istənilən informasiyaya görə (o cümlədən şəxsi məlumatlar), məsuliyyət daşımır.

6.16. Administrasiya Servisə ötürülə bilən və ya Servis vasitəsilə üçüncü şəxslər tərəfindən çatdırıla bilən istənilən proqram nasazlıqları, sınıqlar və başqa texniki və proqram nasazlıqlarına görə, həmçinin səhvlərə, proqram viruslarına, və s. görə məsuliyyət daşımır.

6.17. İstifadəçi yalnız qüvvədə olan qanunvericiliyə və hazırkı Razılaşmaya uyğun olaraq hərəkət etməyi, həmçinin qanunvericiliyə uyğun olaraq Servisdə və Servisin xidmətlərindən istifadə vaxtı şəxsi hərəkətlərinə və fəaliyyətsizliyinə görə tam məsuliyyət daşımağı öhdəsinə götürür.

6.18. Servisin İstifadəçisinin başqa İstifadəçisi tərəfindən hüquqlarının pozulduğu halda (intellektual mülkiyyət obyektinin qanunsuz istifadəsi və sair), hüquqları pozulan İstifadəçi müvafiq şikayət ilə Administrasiyaya və ya moderatorlara müraciət edə bilər. Administrasiya şikayətə baxmağı və onun əsaslı olduğu halda, İstifadəçinin hüquqlarının pozulmasının dayandırılması tədbirlərini görməyi öhdəsinə götürür.


     7. İSTİFADƏ QAYDALARININ HƏRƏKƏT MÜDDƏTİ

7.1. Hazırkı Razılaşma İstifadəçi tərəfindən Servisin xidmətlərindən istifadəyə başladığı andan qüvvəyə minir, Servisdə İstifadəçinin qeydiyyatı və ya elanın yerləşdirilməsi faktından asılı olmayaraq, müddətsiz qüvvədədir.  

7.2. İstifadəçi istənilən vaxt özünün Servisin xidmətlərindən istifadə hüququnu dayandırmaq hüququna malikdir. Bundan sonra İstifadəçi yeni Elanları yerləşdirmək hüququna malik deyildir.

7.3. Servis şəxsi mülahizə üzrə İstifadəçinin girişini dayandırmaq hüququna malikdir. Xidmətlərə girişi dayandırılan və ya məlumatları həqiqi olmayan İstifadəçi Administrasiyanın xüsusi icazəsi olmadan təkrar qeydiyyatdan keçmək hüquqlarına malik deyil, həmçinin belə İstifadəçi Servisə giriş üçün başqa İstifadəçinin qeydiyyat məlumatlarından istifadə etmək hüquqlarına malik deyildir.

    8. DİGƏR ŞƏRTLƏR

8.1. Mübahisələrin yarandığı halda hazırkı Razılaşmanın tərəfləri onları danışıqlar yolu ilə həll etməyi öhdəsinə götürürlər. Hazırkı Razılaşmanın və Servis xidmətlərinin verilməsinin icrası zamanı yaranan mübahisələr qüvvədə olan qanunvericiliyə uyğun olaraq həll edilməlidir. 

8.2. Bütün mübahisələrə dair Azərbaycan Respublikasının qvvədə olan qanunları tətbiq edilir.

8.3. Servis birtərəfli qaydada və İstifadəçilərə bildirmədən hazırkı Razılaşmanı dəyişdirmək hüququna malikdir. Razılaşmanın yeni redaksiyası Servisdə dərc edilməsi tarixindən qüvvəyə minir.

8.4. Məhkəmə tərəfindən Razılaşmanın hər hansı müddəasının etibarsız və ya məcburi icraya aid olmayan kimi tanınması Razılaşmanın başqa müddəalarının etibarsız olması ilə nəticələnmir.

8.5. Razılaşmanın müddəalarının İstifadəçilərindən hər hansı biri tərəfindən pozulması halında Administrasiya tərəfindən fəaliyyətsizlik daha sonra Administrasiyanı öz maraqlarının və hüquqlarının müdafiəsinə uyğun olan hərəkətləri təşəbbüs etmək hüququndan məhrum etmir. 

8.7. Hazırkı Razılaşma ilə nəzərdə tutulmamış bütün başqa şərtlər və şəraitlər, ayrıca fərdi qaydada tənzimlənir.

İstifadəçi təsdiqləyir ki, hazırkı Razılaşmanın bütün bəndləri ilə tanış edilmişdir və onları tam həcmdə qəbul edir. 

Notice: Undefined index: jsdetect in /home/vitrin/public_html/themes/default/foot_view.php on line 261

Notice: Undefined index: jsdetect in /home/vitrin/public_html/themes/default/foot_view.php on line 292

Notice: Undefined index: jsdetect in /home/vitrin/public_html/themes/default/foot_view.php on line 322