Haqqımızda

Vitrin.Az - Elan, Ticarət və Hərrac platformasıdır. Sayt istər elan yeri, istər bazar yeri, istərsə də reklam üçün innovativ həllər təklif edir. Hər gün nminlərlə istifadəçinin ziyarət etdiyi Vitrin.Az daim təkmilləşir və dünya trendləri ilə ayaqlaşmağa çalışır. 

PULSUZ ELANLAR

Vitrin.Az hər cür ikinci əl məhsulları və şəxsi əşyaların satışı üçün ən optimal platformadır. Yüzlərlə bölmə və yarımbölmələr üzrə istənilən elanı yerləşdirmək və onminlərlə alıcıya çıxmaq olar. Avtomobil, daşınmaz əmlak, şəxsi əşyalardan tutmuş, xidmət və iş elanlarına qədər hər cür qanuni elana platforma açıqdır. 

KOMMERSİYA ELANLARI

Fiziki şəxslər, kiçik biznes subyektləri Vitrin.Az vasitəsi ilə öz məhsullarını bütün ölkəyə sata, çatdıra bilər. 

MAĞAZALAR

Vitrin.Az-da müəyyən paketləri əldə etməklə şirkət və biznes subyektləri öz şəxsi mağazalarını aça və saytın onlara özəl olaraq təqdim etdiyi üstün funksiyalardan yararlanmaqla bütün ölkəyə satış həyata keçirə bilərlər. Mağazalar üçün Silver, Gold və VİP Paketlər nəzərdə tutulub. Bu paketləri əldə etmək və mağaza açmaq üçün mağaza sahibləri Vitrin.Az-la müqavilə imzalamalıdır. Müqavilədə əksini tapacaq şərtlərlə onlar bir neçə çatdırma metodundan, kartla satış imkanlarından və sair çoxsaylı üstünlüklərdən yararlanmaq imkanı, habelə GÜVƏNLİ TƏRƏFDAŞ statusu qazanacaqlar.

HƏRRACLAR

Vitrin.Az platformasında Hərraclar yalnız Administrasiya tərəfindən həyata keçirilir. Özəl şirkətlər və fərdi sahibkarlar öz məhsullarını hərraca çıxarmaq üçün Adminstrasiya ilə əlaqə saxlamalıdır.  Hərraca çıxarılan məhsulların start qiyməti, hərracın tarixi və davametmə müddəti Adminstrasiya tərəfindən müəyyənləşdirilir. Hərrac şirkətlərə özəl, geniş və effektiv reklam və satış imkanları yaradır.

SUALLARINIZ VARSA:

050 243 00 99