Qaydalar


Vitrin.Az saytında "Elan Yerləşdirilməsi Qaydaları" (bundan sonra "Qaydalar") "İstifadəçi razılaşması" ilə tənzimlənir və onun tərkib hissəsi hesab edilir. Hər bir istifadəçinin elan yerləşdirmək üçün qeydiyyatdan keçərkən bu Qaydalarla tanış olması məcburidir.

Qaydaların pozulması konkret elanın və ya istifadəçinin bloklanması ilə nəticələnə bilər.

Bütün elanlar, o cümlədən reklama qoyulan elanlar qaydalara uyğun tərtib olunmalıdır. 

Elan yerləşdirmə qaydaları və tərkib hissələri


        1. Elanın yerləşdirilməsi

1.1. Bir ay ərzində adi istifadəçi təkrar və saytın qaydalarına zidd olmayan istənilən sayda, mağaza sahibləri isə seçdikləri paketə uyğun sayda elan yerləşdirə bilər. Adi istifadəçilər üçün elanın müddəti 30 gün, mağaza sahibləri üçün müvafiq olaraq 30, 60, 90 gündür. Əgər elanın müddəti bitibsə, istifadəçi elanı bərpa edə və ya yeni elan kimi yerləşdirə bilər.

1.2. Elan haqqında məlumat və şəkillər yalnız həmin elana aid olmalıdır.

1.3. Elan dərc edildikdən sonra belə administrasiya tərəfindən təkrar yoxlama zamanı qayda pozuntusu aşkar edilərsə, həmin elanlara düzəliş etmək və saytdan silmək hüququnu administrasiya özündə saxlayır.

1.4. Saytda eyni zamanda iki və daha çox təkrar elan aşkar olunarsa, təkrar olan elanlar silinir.

1.5. Hər hansı bir ödənişli xidmət elanı xidmətin tətbiq olunma müddətinə bərpa edir və elanın müddətini uzadır.

1.6. İstifadəçi yerləşdirdiyi elanın dəqiqliyinə, tamlığına, onun Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğuna, elanda yerləşdirilən məlumatların üçüncü şəxslərin hüquqlarını pozmamasına və onların iddialarından azad olmasına görə məsuliyyət daşıyır.

1.7. Elanınızın məzmununa maksimum ən uyğun kateqoriya, tip, görünüşü seçin. Elanın yanlış kateqoriyada və ya bölmədə yerləşdirilməsi onun silinməsinə və ya daha uyğun kateqoriya və ya bölməyə köçürülməsinə səbəb ola bilər.

1.8. Elanın başlığı qısa, təqdim olunan məhsul və xidmətlərə uyğun və münasib olmalıdır. Başlıqlarda  btünlüklə böyük hərflərdən (CAPS LOCK) istifadə etmək, telefon nömrəsi və qiymət yazmaq qadağandır. 

1.9. Başlıqlarda qeyri-hərfi simvollardan (*^@<>) istifadə qadağandır.

1.10. Elanda Qiymət təyin olunmuş uyğun xanada qeyd olunmalıdır.  Əgər siz məhsulu razılaşdırılmış məbləğə satmaq istəyirsinizsə, məhsulun bazar qiymətinə yaxın məbləğ daxil edin, ancaq “Təsvir” hissəsində açıqlama verin. 

1.11. Əgər siz məhsulu mübadilə (barter) etməyə hazırsınızsa, bunu “Təsvir” hissəsində mübadilə şərtlərini əlavə etməklə göstərin (dəyişdirmək niyyətində olduğunuz məhsul və ya xidmət).


        2. Elanın Şəkilləri

2.1. Elanınıza mütləq şəkil əlavə edin (hər başlıq üzrə 20-yə qədər şəklə icazə verilir). Şəkillərin aydın və keyfiyyətli olmasına diqqət edilməlidir.

2.2. Adi istifadəçilərə şəkillərdə nə Vitrin.Az, nə də başqa tərəfin logosunun yerləşdirilməsinə icazə verilmir. Yalnız Mağazalar məhsulların şəkillərinə öz logolarını yerləşdirə bilər.

2.3. Şəkillərdə reklam xarakterli məlumat olmamalıdır. Eləcə də, hər hansı əlaqə vasitəsinin (mobil nömrə, sayta keçid linki, Skype, ICQ, sosial şəbəkə ID-ləri, digər messencerlərin və oxşar şəbəkələrin ID-ləri) göstərilməsi qadağandır.

2.4. Məhsulu/xidməti təsvir edən şəkil başlığa və elanın mətninə uyğun olmalıdır. Şəkildə yalnız təklif olunan obyekt nümayiş etdirilməlidir.

2.5. Obyektin aydın seçilmədiyi, keyfiyyətsiz şəklin əlavə edilməsinə yol verilmir. Həmçinin, erotik və pornoqrafik tərkibli şəkillərin yerləşdirilməsi qadağandır.

2.6. Təklif olunan məhsulla əlaqəsi olmayan, internetdən yüklənmiş və ya kataloqlardan skan edilmiş bütün stok (şablon) şəkilləri ciddi şəkildə tədqiq olunacaq və dərc olunmaya bilər. Bir sıra kateqoriya və bölmələr üçün real şəkillərin olması mütləqdir:

● Nəqliyyat (bütün kateqoriya üçün);

● Daşınmaz əmlak (bütün kateqoriya üçün);

● Heyvanlar (bütün kateqoriya üçün);

● Şəxsi əşyalar.

● Elektronika, 

2.7. Ev və bağ üçün, İş və biznes, Hobbi və asudə vaxt, habelə bəzi xidmət kateqoriyaları üçün ümumi şəkil seçilə bilər, amma şəkil məhsula və ya xidmətə uyğun hesab edilməyəcəksə, elanınız dərc olunmaya bilər. 


        3. Elanın təsviri (məzmunu)

3.1. Elanın təsvir hissəsində müxtəlif kateqoriyalara və bölmələrə aid olan bir neçə məhsulun qeyd olunmasına yol verilmir. Məsələn, bir elanda eyni anda telefon və televizor, geyim və mebel, kompüter və fotoaparat, velosiped və it və s. yerləşdirilməməlidir.

3.2. Təsvir tam şəkildə başlığa və təklif olunan məhsula/xidmətə uyğun olmalıdır. Bir elanda yalnız bir məhsulun, predmetin və ya xidmətin təsvirinə icazə verilir. 

3.3. Məhsulun bütün detalları, xüsusiyyətləri və xarakteristikaları təsvirdə göstərilməlidir. Təsvir əvəzinə məhsul haqqında müştərinin daha ətraflı tanış olması üçün keçid linki yerləşdirmək qadağandır.

3.4. Dəqiq olmayan və ya yanlış məlumatın göstərilməsi, həmçinin, məhsulların qüsurlarının gizlədilməsi elanın silinməsinə səbəb ola bilər.

3.5. Təsvirdə telefon nömrəsinin, elektron poçt ünvanının, Skype, Instagram, Facebook və digər sosial şəbəkələrdəki hesabların linklərinin göstərilməsi qadağandır. Telefon nömrəsi və elektron poçt ünvanı yalnız qeydiyyat zamanı daxil edilir. 


       4. Elanda düzəlişlərin edilməsi

4.1. Elanda düzəliş etmək üçün sayta giriş edərək, uyğun elanda “DÜZƏLİŞ ET” düyməsini seçmək kifayətdir. Adi istifadəçilər dərc olunmuş elanda düzəliş etdikdə, həmin elan təkrar Adminstrasiyanın təsdiqindən keçməlidir.

4.2. Dərc olunmamış elanlarda düzəliş etmək mümkün deyil.

4.3. Elanda düzəliş etməklə onu irəli çəkmiş olmursunuz. Bu funksiya yalnız elandakı şəkil, məzmun və qiymət dəyişiklərini həyata keçirir.

4.4. Elanlar üçün nəzərdə tutulmuş qaydalar “DÜZƏLİŞ ET” funksiyasına da aiddir. Düzəliş edilmiş elan qaydalara uyğun deyilsə, silinir.


        5. Təkrar elanlar

5.1. Təkrar elanların yerləşdirilməsi məhsulun satışını tezləşdirmir, əksinə, satıcılar üçün satışı çətinləşdirir, alıcılar isə təkrarlanan elanlar arasından uyğun təklifi tapmaq üçün çox vaxt sərf etməli olur. 

5.2. Aşağıdakı elan təkrar hesab olunur:

● Tamamilə eyni məzmunlu və ya məna baxımından oxşar elanlar; 

● Müddəti başa çatmadan silinib yeni elan kimi yerləşdirilmiş elanlar; 

● Aktiv olan elanla tamamilə eyni məzmunlu və ya məna baxımından oxşar olan bərpa olunmuş elanlar; 

● Ümumi aktiv elan olduğu halda həmin elanın tərkib hissəsinə daxil olan məhsul və ya xidmətlərdən ibarət ayrı-ayrı yerləşdirilmiş elanlar və əksinə. 

5.3. Əgər siz məhsulu satmısınızsa, yaxud təklifiniz artıq qüvvədə deyilsə, satışdan və ya təklif qüvvəsini itirdikdən dərhal sonra elanınızı elanlar siyahısından çıxarın (ləğv edin). 

5.4. Əgər sizin artıq dərc olunmuş və ya yoxlanış mərhələsində olan elanınız varsa, bu elanın təkrarlanmasına yol verməməlisiniz!


        6. İki və daha çox istifadəçi hesabı olan istifadəçilər

6.1. Bir fiziki və ya hüquqi şəxs üzrə yalnız bir istifadəçi hesabının yaradılmasına və istifadəsinə icazə verilir. 

6.2. Bir istifadəçiyə aid olan istifadəçi hesabları aşkar edildikdə bu hesablar sistem tərəfindən təkrar kimi qəbul edilərək avtomatik şəkildə dayandırılır və ya blok edilir;

6.3. Əgər siz aktiv istifadəçi hesabınızdakı əlaqə məlumatlarını dəyişmək istəyirsinizsə, yeni istifadəçi hesabına ehtiyac yoxdur. Bunun üçün texniki dəstək üçün Adminstrasiyanın elektron poçt ünvanına müraciət etmək lazımdır. Müraciətiniz saytın qaydalarına uyğun olduğu təqdirdə dəyişiklilər təmin ediləcəkdir. Bununla belə, sayt rəhbərliyi dəyişikliklərdən imtina etmək hüququnu özündə saxlayır.


        7. Şəxsi əlaqə məlumatları

7.1. Şəxsi əlaqə vasitələri (ad, elektron poçt ünvanı, telefon nömrəsi, ünvan və s.) yalnız qeydiyyat zamanı daxil edilir və hər elan yerləşdirdikdə qeyd edilməsinə yol verilmir. 

7.2. Qeydiyyat zamanı əlavə etdiyiniz elektron poçt ünvanınız və telefon nömrəniz işlək olmalıdır. Əks halda emailinizə və ya telefon nömrənizə göndərilən təsdiq linkləri və ya mesajlarını ala bilməyəcəksiniz. 

7.3. Bir istifadəçinin (hüquqi və ya fiziki şəxs kimi) yalnız bir istifadəçi hesabı ola bilər. Texniki analiz əsasında bir istifadəçiyə məxsus bir neçə hesab aşkarlandıqda sistem tərəfindən təkrar kimi nəzərə alınacaq və avtomatik ləğv ediləcək və ya bloklanacaq. 

7.4. Kənar şəxsə narahatlıq yaratmamaq məqsədi ilə başqa bir şəxsin nömrəsini qeyd etmək qadağandır və bu sizin istifadəçi hesabınızın bərpa hüququ olmadan blok olunmasına səbəb olacaq. 


       8. Mağazalar və Şirkətlər

8.1. Yuxarıda qeyd olunan qaydaların hər biri “Mağazalar və Şirkətlər” bölməsi üçün də keçərlidir.

8.2. Mağazaların və şirkətlərin adından elan yerləşdirmək üçün ödənişli paketlərdən biri əldə olunmalıdır. Paket 30 gün müddətində aktivdir.

8.3. Mağazaların və şirkətlərin adından elan yerləşdirən istifadəçilər öz səhifələrində yalnız qeydiyyatdan keçdikləri fəaliyyət sahəsinə uyğun elanlar yerləşdirə bilərlər.

8.4. Administrasiya saytın qaydalarının bilərəkdən pozulması halları zamanı müqaviləni ləğv etmək hüququnu özündə saxlayır. Bu halda ödənilən pul geri qaytarılmır.

8.5. Mağazaların və şirkətlərin adından elan yerləşdirən istifadəçilər fəaliyyat sahələrinə aid olan elanları yalnız öz səhifələrində yerləşdirə bilərlər. Bu məqsədlə yeni istifadəçi hesablarının yaradılması və ya bu tip elanların anonim formada yerləşdirilməsi yolverilməzdir.


       9. Qadağan olunmuş məhsul və xidmətlər

9.1. Aşağıdakı məhsulların və ya xidmətlərin yerləşdirilməsi qadağandır:

● Elanda (başlıq, mətn, video) və ya istifadəçi adında erotik, pornoqrafik, ədəbsiz, ekstremist və ya Vitrin.Az saytının tələblərinə cavab verməyən digər məzmun və anlayışların istifadəsi;

● Qırmızı kitaba düşən heyvanların satılması, barteri;

● Odlu silahlar və satışı üçün lisenziya tələb olunan digər məhsul və xidmətlər;

● Narkotik məhsullar;

● Reseptlə satılan dərmanlar;

● Şübhəli gəlir əldə etmə üsulları, o cümlədən, internet üzərindən olan üsullar barədə elanların yerləşdirilməsi;

● İcazəsiz və istifadə hüququ olmadan tanınmış brendlərin loqolarının və ticarət nişanlarının elanda və ya istifadəçi adında istifadə edilməsi;

Yuxarıda qeyd olunan Qaydalardan hər hansı birinin pozulması elanın silinməsi üçün əsas ola bilər. (müvəqqəti olaraq – redaktə etmək imkanı olmaqla, həmçinin qəti olaraq – bərpa etmək hüququ olmadan).

Vitrin.Az Adminstrasiyası Qaydaların istənilən vaxt birtərəfli qaydada, öncədən xəbərdarlıq etmədən dəyişdirilməsi hüququnu özündə saxlayır.

Notice: Undefined index: jsdetect in /home/vitrin/public_html/themes/default/foot_view.php on line 299

Notice: Undefined index: jsdetect in /home/vitrin/public_html/themes/default/foot_view.php on line 330

Notice: Undefined index: jsdetect in /home/vitrin/public_html/themes/default/foot_view.php on line 360