GeT Anlaşması



Vitrin.Az Güvənli e-Ticarət (GeT) anlaşması alıcı və satıcı arasında alış-veriş və çatdırılma proseslərini zəmanət altına almaq üçündür.

GeT sistemi ilə edilən bütün alış-verişlər tam zəmanət altındadır və heç bir riski yoxdur. 

GeT sistemində alış-veriş necə baş verir?

1. Alıcı GeT sisteminə aid olan məhsulu almaq üçün bank kartı ilə ödəniş edir və ödənilən məbləğ Vitrin.Az hovuz sisteminə daxil olur;

2. Sifarişlə bağlı satıcıya SMS göndərilir;

3. Satıcı SMS aldıqdan sonra ən geci 2 iş günü ərzində məhsulu çatdırılma üçün qəbul məntəqəsinə təhvil verir (Satıcı bunu etmədikdə Sifarişin məbləği avtomatik Alıcının kartına geri qaytarılır);

4. Qəbul məntəqəsindən məhsul alıcıya göndərilir;

5. Göndəriş kodu Alıcıya göndərilir və alıc həmin kodla məhsul çatdırılmasını Vitrin.Az-da izləyə bilir;

6. Məhsul Alıcının təyin etdiyi son məntəqəyə çatır və alıcıya SMS gəlir;

7. Alıcı məhsulu təhvil aldıqdan sonra sifariş məbləği Satıcının hesabına keçir (Alıcı çatdırılmış məhsulu 2 iş günü ərzində son məntəqədən təhvil almırsa, məhsul geri qaytarılır və hər iki istiqamət üçün çatdırılma xərci sifariş məbləğindən çıxılır, qalıq məbləğ Alıcının kartına geri qaytarılır)



Notice: Undefined index: jsdetect in /home/vitrin/public_html/themes/default/foot_view.php on line 299

Notice: Undefined index: jsdetect in /home/vitrin/public_html/themes/default/foot_view.php on line 330

Notice: Undefined index: jsdetect in /home/vitrin/public_html/themes/default/foot_view.php on line 360