Korporativ Hüquq

  • Korporativ Hüquq
  • Şəhər: Bakı
  • Yeni?: Bəli

Korporativ hüquq - kommersiya hüquqi şəxslərin yaradılması və fəaliyyəti ilə əlaqədar yaranan ictimai münasibətləri tənzimləyən hüquqi normalar toplusudur. Korporativ hüquq münasibətləri dedikdə, hüquqi şəxsin yaradılması və fəaliyyəti ilə əlaqədar yaranan və aidiyyəti hüquq normaları ilə tənzimlənən ictimai münasibətlər nəzərdə tutulur. Şirkətin idarəetməsi zamanı korporativ hüquq sistemini mükəmməl bilən biznes məsləhətçisi ilə əməkdaşlıq etmək sizi daha da ruhlandıracaq və inkişafınıza stimul verəcək. Biz müvəffəqiyyətə gedən yolda ehtiyacınız olacaq sənədləşmələrin, müqavilələrin, biznes məsləhətlərinin, bir sözlə hər cür hüquqi prosedurların həyata keçirilməsində sizə kömək etməyə hazırıq: • beynəlxalq alqı-satqı müqavilələrində alıcı və satıcıların təmsil edilməsi; • akkreditivlər və ticarətin maliyyələşdirilməsi üzrə alətlər və sənədləşmə; • ixrac və idxal nəzarəti; • kommersiya riskinin idarə edilməsi; • podrat və alqı-satqı razılaşmaları kimi, müqavilələrin əsas şərtlər toplusunun hazırlanması; • vəkalətnamalərin təsdiqi və tərcüməsi; • tənzimetmə səlahiyyətinə malik orqanlarla qarşılıqlı münasibətlər; • digər çətin biznes ehtiyaclarına və hallarına biznes-hüquq həlləri; • biznes hüququna və vergitutmaya aid tələbə münasib olaraq hüquq xidmətləri; • hüquqi şəxslərin yaradılması; • şirkətin nizamnaməsinin (təsis sənədlərinin) və daxili qaydalarının hazırlanması; • nümayəndəlik və filialların yaradılması; • etik və uyğunluq qaydalarının hazırlanması, tətbiqi və inkişafı; • icraçılar və direktorlar üçün əmək müqavilələrinin tərtibi; • hüquqi ekspertiza (due diligence); • hüquqi şəxsin birləşmə, qoşulma, bölünmələr, ayrılma və ayrılma şəklində yenidən təşkili; • şirkətlərdə ləğvetmə, müflisləşmə proseslərinin təhlili və bu sahədə məsləhətlər; • iflas hallarına və ləğvetmə proseslərinə uyğun hüquqi xidmətlər; • müflisləşmə zamanı əmlakın idarə edilməsi; • paylar üzrə əməliyyatlar və investisiya razılaşmaları; • müflisləşmə ilə əlaqədar restruktrizasiya və sağlamlaşdırma; • məhkəmələrdə təmsilçilik və müştərilərin maraqlarının müdafiəsi

Bütün elanları

Digər elanlar