Mənzillər

Vitrin.az - Pulsuz Elanlar Saytı istər vətəndaşlar, istərsə də əmlak firmaları üçün ev elanlarını - yeni və ya ikinci əl mənzillərin satışı elanlarını yerləşdirmək üçün unikal platformadır.
Vitrin.Az bir daşınmaz əmlakı portalının sahib olduğu bütün funksiyaları təqdim edir. Əmlak firmaları və vətəndaşlara heç bir limit olmadan istənilən sayda elan yerləşdirə bilər.
Platformada istənilən daşınmaz əmlakın satışını ən qısa zamanda həyata keçirmək mümkündür. 
Saytda yeni tikililər, köhnə tikililər, kreditlə evlər, təmirli-təmirsiz mənzillər - bir sözlə, mənzil alqı-satqısı ilə bağlı istənilən elan pulsuz yerləşdirilə bilər. 

Mənzillərin satışı

Vitrin.Az-da mənzillərin satışını daha tez həyata keçirmək üçün bir neçə faktora diqqət etmək lazımdır. Birinci növbədə mənzil satışı elanları ətraflı və dəqiq tərtib olunmalıdır. Mənzilin yerləşdiyi yer, sahəsi, vəziyyəti, əlavə üstünlükləri dəqiq və konkret vurğulanmalıdır. Yerləşdirilən şəkillərin keyfiyyətli olması, təsvirin əhatəli yazılması da vacib məqamlardan biridir. Satışa təqdim olunan mənzilin yeni və ya köhnə tikili olmasını da qeyd etməyi unutmayın. 

Ən vacib məqamlardan biri də mənzilə qiymət təyin edərkən bazar qiymətlərini nəzərə almaqdır. Çalışmalısınız ki, mənzil satışı zamanı təyin etdiyiniz qiymət həmin ərazidə yerləşən uyğun mənzillərin qiymətinə uyğun olsun.  

Mənzil alışı

Hər gün minlərlə insan ucuz evlər, yeni mənzillər tapmaq və almaq məqsədi ilə Vitrin.Az saytını ziyarət edir, mənzil alqı-satqısı elanları ilə tanış olur. Mənzil almaq istəyən vətəndaşlar təbii olaraq, qiymətlə keyfiyyətin uyğunlaşdığı ən sərfəli variantı axtarır. Onlar uyğun ərazidə ən ucuz qiymətə ən keyfiyyətli evləri, mənzilləri almaqda maraqlıdır ki, bu da daşınmaz əmlak bazarını formalaşdıran əsas faktorlardan biridir. Daşınmaz əmlakın satışını həyata keçirən əmlak firmaları və ya şəxslər də bu faktorları nəzərə almalıdır.

Əmlak firmaları

Mənzil alqı-satqısını həyata keçirən Əmlak Firmaları da Vitrin.Az saytınının üstünlüklərindən faydalana bilərlər. Ənənəvi daşınmaz əmlakı portallarından fərqli olaraq, Vitrin.Az platformasında mənzil satışı elanlarının sayında heç bir limit yoxdur və elanların yerləşdirilməsi tamamilə pulsuzdur. 
Əmlak firmaları da elanların yerləşdirilməsində dəiqliyə, konkretliyə, qiymətlərin adekvatlığına diqqət verməli, yerləşdirilən şəkillərin keyfiyyətli olmasına üstünlük verməlidir.

Tikinti şirkətləri

Tikinti şirkətləri istər yaşayış kompleksinin, istərsə də ayrı-ayrı mənzillərin satışını həyata keçirmək üçün Vitrin.Az platformasından yararlana bilərlər. Vitrin.Az tikinti şirkətləri üçün ayrıca fərdi layihələr, səhifələr, özəl kampaniyalarda təklif edə bilər.

Mənzil elanlarını necə axtarmalı?

Vitrin.Az Pulsuz elanlar platformasında Əmlak bölməsi aparıcı kateqoriyalardan biridir. Əmlak bölməsində "Mənzillər" seçdikdə bütün mənzil elanları tarixi ardıcıllıqla sıralanır. Bundan əlavə səhifənin üst hissəsində, mobil versiyalarda isə səhifənin sol küncündə ətraflı axtarış və filtrasiya alətləri təqdim olunur. Burada siz istər Azərbaycan üzrə, istər ayrıca şəhər və rayonlar üzrə detallı axtarış apara bilərsiniz. 

Bakıda ucuz mənzillər, Azərbaycanda ucuz evlər bizdə

Hər gün Vitrin.Az Pulsuz Elanlar saytına yerləşdirilən çoxsaylı elanlar arasından istər paytaxt Bakıda, istərsə də Azərbaycan üzrə ən sərfəli qiymətlərlə sizə lazım olan mənzili tapa bilməyiniz üçün dayanmadan çalışır və xidmət göstəririk.